"Bloomberg": Aİ ABŞ ilə ticarət sazişinin təsdiqini dondura bilər

Dünya

23.02.2026 17:24

Avropa İttifaqı ABŞ ilə ticarət sazişinin təsdiq prosesini dondurmağı planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, Aİ ABŞ administrasiyasından yeni tarif planı ilə bağlı daha ətraflı izahat tələb edir və bu səbəbdən sazişin təsdiqi prosesini dayandırmağa hazırlaşır.

Qeyd edək ki, ABŞ Ali Məhkəməsi ötən cümə günü qərar verib ki, ABŞ Prezidenti Donald Trampın idxal tariflərini tətbiq etdiyi Fövqəladə İqtisadi Səlahiyyətlər Qanunu ona bu səlahiyyəti vermir. Məhkəmə bildirib ki, belə tariflərin tətbiqi üzrə müstəsna səlahiyyət ABŞ Konqresinə məxsusdur.

"Bloomberg" vurğulayır ki, Avropa Parlamentindəki əsas siyasi qruplar bazar ertəsi günü ticarət sazişinin təsdiqlənməsinə yönəlmiş qanunvericilik işlərini dayandıracaqlarını elan etməyə hazırlaşırlar.

Türkan İsgəndərli

TodayPress TV

tag: Aİ,ABŞ,Ticarət,Saziş,Todaypress.tv,