Bessent: Çin məhsullarının ABŞ-yə axınına icazə verilməyəcək

Bessent: Çin məhsullarının ABŞ-yə axınına icazə verilməyəcək
26.01.2026 06:00 Dünya

ABŞ Kanadanın Çin istehsalı olan ucuz malların ABŞ-yə daxil olması üçün dolayısı yol kimi istifadə edilməsinə imkan vermək niyyətində deyil.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "ABC News" telekanalına müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, Kanada baş naziri Mark Karni Çinə səfər edib geri qayıtdıqdan sonra Çin mallarına tətbiq olunan bəzi sənaye rüsumlarını aşağı salıb.

“ABŞ və Kanada arasında bazar inteqrasiyası çox yüksəkdir. Biz Kanadanın Çin malları üçün ABŞ-yə axın yaradan dolayı yola çevrilməsinə imkan verə bilmərik”, - deyə Bessent vurğulayıb.

Nazir hesab edir ki, Karni hökumətinin bu addımları Kanada xalqının maraqlarına xidmət etmir.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər