Bəşər Əsəd və yaxınları ölüm cəzasına məhkum edildi – QƏRAR

Bəşər Əsəd və yaxınları  ölüm cəzasına məhkum edildi – QƏRAR
11.08.2026 13:15 Dünya

Dəməşq Cinayət Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədi insanlıq əleyhinə cinayətlər, qətl və işgəncə ittihamları üzrə ölüm cəzasına məhkum edib.

TodayPress TV xəbər verir ki, bu  barədə "SANA" agentliyi məlumat yayıb.

Məhkəmə Əsədin qardaşı Mahir Əsəd və keçmiş təhlükəsizlik rəsmisi Atef Nacib barəsində də ölüm hökmü çıxarıb. Bəşər və Mahir Əsəd məhkəmədə qiyabi mühakimə olunub və onların beynəlxalq səviyyədə axtarışa verilməsi barədə qərar qəbul edilib.

Bəşər Əsədin əmisi oğlu Atef Nacib isə məhkəmədə şəxsən iştirak edib. O, 2011-ci ildə Dəraa vilayətində Siyasi Təhlükəsizlik İdarəsinin rəhbəri olub. Nacibə qarşı qətl, işgəncə və qətlə təhrik ittihamları irəli sürülüb.

Qeyd edək ki, Bəşər Əsəd 2024-cü ilin dekabrında hakimiyyətdən devrilib və daha sonra ailəsi ilə Suriyanı tərk edərək Rusiyaya qaçıb.

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər