Belçika Qrenlandiyaya hərbçi göndərir - Müdafiə naziri ELAN ETDİ
Belçika NATO-nun "Arctic Sentry" missiyası çərçivəsində Qrenlandiyanın müdafiəsinə dəstək vermək üçün 30-a qədər hərbçi göndərəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken məlumat verib.
Hazırda İslandiyada səfərdə olan müdafiə naziri Teo Franken Belçikanın sentyabr ayında NATO-nun "Arctic Sentry" missiyası çərçivəsində Qrenlandiyaya 30 hərbçi göndərəcəyini təsdiqləyib.
Belçika hərbçiləri sentyabrın 4-dən 18-dək Qrenlandiyada keçiriləcək NATO təlimlərində iştirak edəcəklər.
Aysel Mətləb