Belçika 17 yaşlı gəncləri hərbi xidmətə çağırır

Belçika 17 yaşlı gəncləri hərbi xidmətə çağırır
10.11.2025 10:47 Dünya

Belçika müdafiə naziri Teo Franken 17 yaşlı gənclərə könüllü şəkildə hərbi xidmətə qoşulmaq üçün məktublar göndərildiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, nazir sosial şəbəkə hesabındakı paylaşımında təxminən 149 000 məktubun 17 yaşlılara ünvanlandığını bildirib.

Həmin layihə sentyabr ayında təsdiqlənib və məktəblər vasitə ilə gəncləri könüllü hərbi xidmətdə iştiraka təşviq etmək hədəflənir.

Qeyd olunub ki, müxalifət bu təşəbbüsü “cəmiyyətin militarizasiyası” kimi tənqid edir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər