Bəhreyndə təhlükə siqnalı: Əhaliyə xəbərdarlıq edildi
Bəhreyn Daxili İşlər Nazirliyi ölkədə mümkün təhlükəsizlik təhdidi ilə əlaqədar xəbərdarlıq yayıb.
TodayPress TV xəbər verir ki, nazirlik əhalini təhlükəsizlik tədbirlərinə riayət etməyə və rəsmi qurumların açıqlamalarını izləməyə çağırıb.
Bildirilib ki, vətəndaşlar mümkün təhlükə ilə bağlı ayıq-sayıq olmalı, aidiyyəti qurumların göstərişlərinə əməl etməlidirlər.
Qeyd edək ki, bu xəbərdarlıq regionda hərbi gərginliyin artdığı bir vaxta təsadüf edir.
Zəhra Məmmədova