BƏƏ İrana qarşı zərbələr üçün ərazisinin istifadəsinə icazə verməyəcək
Dünya
26.01.2026 20:40
BƏƏ İrana qarşı hər hansı hərbi əməliyyatlar üçün öz hava, quru və ya dəniz məkanının istifadəsinə icazə verməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
"BƏƏ-nin İran əleyhinə hər hansı hərbi əməliyyatlar üçün öz hava, quru və dəniz məkanının istifadə olunmasına yol verməməyə, həmçinin bu sahədə heç bir maddi-texniki dəstək göstərməməyə sadiqliyini təsdiqləyirik," - bəyanatda qeyd olunub.
XİN vurğulayıb ki, BƏƏ dialoq, gərginliyin azaldılması, beynəlxalq hüquqa riayət edilməsi və dövlət suverenliyinə hörmət edilməsi mövcud böhranların həlli üçün ən səmərəli əsaslardır.
Qeyd edilib ki, ölkə mübahisələrin yalnız diplomatik yollarla həllinə üstünlük verir.
tag: BƏƏ, İran, XİN, Ərazi, Hərbi,todaypress.tv,
