Azərbaycan vətəndaşları deportasiya olundu
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları ölkədə qeyri-qanuni olan 20 əcnəbini deportasiya ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Deportasiya edilənlər arasında Hindistan, Rusiya, Pakistan, Türkiyə, Türkmənistan, Azərbaycan, İran, Nigeriya və Tailand vətəndaşları olub.
Onların hamısına Gürcüstana giriş qadağan edilib.