Azərbaycan müharibə vaxtı İrana necə kömək edib? - “2 saat çəkmədi ki…”
İran Prezidenti Məsud Pezeşkian Azərbaycanla münasibətlər və 12 günlük müharibə zamanı region ölkələrinin mövqeyi barədə açıqlamalar verib.
TodayPress TV xəbər verir ki, Pezeşkian 12 günlük müharibə zamanı region ölkələrinin hamısının İsrail və ABŞ-ni qınadığını bildirib. Onun sözlərinə görə, bu, əvvəlki qarşıdurmalardan fərqli vəziyyət olub.
İran prezidenti Azərbaycanla bağlı xüsusi olaraq qeyd edib ki, müharibə zamanı ölkə İrana dəstək göstərib. Onun sözlərinə görə, həm Rusiya, həm də Azərbaycan mallarının daşınması ilə bağlı Tehran nə zaman kömək istəyibsə, Bakı dəstək verib.
Pezeşkian bildirib ki, Azərbaycan əvvəlcə malların daşınması üçün yolları bağlayıb, həmçinin İran bankının fəaliyyətini və səfirliyin işini dayandırıb. Lakin Tehranla aparılan danışıqlardan sonra 2 saat çəkməyib ki, yollar, bank və səfirlik qısa müddətdə yenidən açılıb.
İran prezidenti region ölkələri ilə münasibətlərin hazırda yaxşılaşdığını, xüsusilə Əfqanıstan, Pakistan və Türkmənistanla əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.
Kübra Musayeva