Avstriyada təyyarə qəzası - Ölənlər var

Avstriyada təyyarə qəzası - Ölənlər var
05.07.2025 23:40 Dünya

İyulun 5-də Münxen yaxınlığından havaya qalxan kiçikmühərrikli təyyarə Avstriyanın Zalsburq əyalətinin Pintsqau rayonunda qəzaya uğrayıb.

TodayPress TV xəbər verir ki, meşə ərazisinə düşərək yanan təyyarənin göyərtəsindəki dörd nəfərin hamısı qəza nəticəsində həlak olub. Ərazinin mürəkkəb dağlıq relyefi xilasedicilərin qəza yerinə çatmasını çətinləşdirib və yanğın qismən meşə ərazisinə keçib.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır və həlak olanların identifikasiyası aparılır.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər