Avstraliyada hərbi təlimdə əsgər öldü

Avstraliyada hərbi təlimdə əsgər öldü
16.10.2025 11:37 Dünya

Avstraliyanın şimal-şərqində, Taunsvil yaxınlığında keçirilən hərbi təlim zamanı baş verən insident nəticəsində bir əsgər həyatını itirib, iki hərbçi isə xəstəxanaya yerləşdirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Baş nazirin müavini Riçard Marles bildirib.

Onun sözlərinə görə, bu faciəvi itki hərbçilərin ölkəni qorumaq üçün üzərlərinə götürdüyü risklərin ağır nəticəsidir. Avstraliya Müdafiə Nazirliyi isə yaralıların vəziyyətinin kritik olduğunu, lakin hadisənin təfərrüatlarını şəxsi heyətin məxfiliyi səbəbindən açıqlamaqdan imtina etdiyini bildirib.

Nazirlik, həmçinin yaralı və ailələrinə dəstək göstəriləcəyini vurğulayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər