Avroparlament ABŞ qərarından sonra səsverməni dayandıra bilər

Dünya

22.02.2026 22:12

Avropa Parlamenti ABŞ Ali Məhkəməsinin Prezident Donald Trampın tətbiq etdiyi qlobal rüsumları ləğv etməsindən sonra Avropa İttifaqı–ABŞ transatlantik ticarət razılaşmasının icrası ilə bağlı qanun layihəsinə səsverməni təxirə sala bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “Politico” nəşrinə Avropa Parlamentinin Ticarət Komitəsinin sədri Bernd Lenc bildirib.

“Terneberri razılaşmasının şərtləri və onun qurulduğu hüquqi baza dəyişib. Buna görə sabahkı əlavə iclasımızda Avroparlamentin danışıqlar qrupuna qanunvericilik işini müvafiq hüquqi qiymətləndirmə və ABŞ tərəfindən aydın öhdəliklər alana qədər dayandırmağı təklif edəcəyəm”, – deyə Lenc bildirib.

Terneberri Razılaşması (Turnberry Agreement/Deal) 2025-ci ilin iyulunda ABŞ administrasiyası ilə Avropa Komissiyası arasında bağlanmış müvəqqəti çərçivə ticarət sazişidir. Sənədə əsasən, Vaşinqton Aİ mallarına 15% rüsum tətbiq edir, bunun müqabilində isə ABŞ sənaye məhsullarına tətbiq olunan rüsumlar ləğv olunurdu. Razılaşmanın məqsədi ticarət müharibəsinin qarşısını almaq idi.

Qiymət Mahir

tag: Avropa ,ABŞ,Terneberri,Vaşinqton ,TodayPress TV,