Avropada su böhranı dərinləşir: Almaniyanın ehtiyatları tükənir

Avropada su böhranı dərinləşir: Almaniyanın ehtiyatları tükənir
05.09.2026 15:39 Dünya

Almaniyada və ümumilikdə Avropada su çatışmazlığı son aylarda daha da pisləşib.

TodayPress TV xəbər verir ki, bu barədə "dpa" agentliyi məlumat yayıb.

Məlumata görə, NASA və Alman Aerokosmik Mərkəzi (DLR) ilə əməkdaşlıq çərçivəsində peyk məlumatlarını araşdıran Potsdam geofizikləri Almaniyanın su ehtiyatlarının ilin sonuna qədər bərpa olunmaya biləcəyini bildiriblər.

Alimlərin diqqət çəkdiyi əsas problem yeraltı su ehtiyatlarının azalmasıdır. GFZ-nin Qlobal Geomonitorinq Bölməsinin rəhbəri Annette Eicker bildirib ki, 2015-ci ildən etibarən Almaniyada əvvəlki 15 illə müqayisədə daha quraq şərait müşahidə olunur.

2024-cü ildə yağıntıların çox olması su ehtiyatlarının qismən bərpasına imkan versə də, daha sonra yenidən kəskin azalma qeydə alınıb.

Mütəxəssislər bildirirlər ki, problemin əsas səbəbi yağıntıların azalması deyil. Əsas amillərdən biri temperaturun yüksəlməsi və bunun nəticəsində buxarlanmanın artmasıdır. Daha isti hava torpaqdan atmosferə daha çox suyun keçməsinə səbəb olur.

Hazırkı peyk məlumatları yalnız iyun ayına qədər olan dövrü əhatə edir. Buna görə də bu yayın yüksək temperaturunun su ehtiyatlarına təsiri hələ tam məlum deyil.

Alimlər yeni peyk məlumatlarının əldə olunmasından sonra payız aylarında vəziyyətin daha dəqiq qiymətləndiriləcəyini bildirirlər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
05 SENTYABR 2026
Bütün Xəbərlər