Avropa Parlamenti Rusiya üçün imza toplayır

Avropa Parlamenti Rusiya üçün imza toplayır
06.06.2025 12:20 Dünya

Avropa Parlamentinin deputatı Fernand Karteyser, Avropa Komissiyasını Rusiya ilə dialoqu bərpa etməyə çağırıb. Siyasətçi bu mövzuda bir siyasətin hazırlanmasına dəstək toplamaq məqsədilə imza kampaniyasına başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Karteyserin fikrincə, Avropa Komissiyası Rusiya ilə əlaqələrin yenidən qurulması məsələsini müzakirə etməli və bu istiqamətdə addımlar atmalıdır. 

O, bu təklifə dəstək almaq üçün artıq səkkiz imza toplayıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər