Avropa liderləri Zelenski ilə görüşəcəklər
Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə Danimarkanın paytaxtı Kopenhagendə görüşəcəklər.
TodayPress TV xəbər verir ki, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen məlumat verib.
Bildirilib ki, Zelenski təxminən 50 dövlət və hökumət başçısının, eləcə də Aİ liderlərinin iştirak edəcəyi Avropa Siyasi Birliyi qarşısında çıxış edəcək.
Ukrayna prezidentinin Frederiksen ilə birgə mətbuat konfransı keçirməsi gözlənilir.
Aysel Mətləb