Avropa İttifaqı ABŞ-nin "Sülh Şurası"na şübhə ilə yanaşır

Avropa İttifaqı ABŞ-nin "Sülh Şurası"na şübhə ilə yanaşır
23.01.2026 18:00 Dünya

Avropa İttifaqı (Aİ) liderləri ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılan "Sülh Şurası"nın nizamnaməsinin müəyyən müddəaları ilə bağlı ciddi şübhələr ifadə ediblər. 

TodayPress TV  xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta bildirib.

Onun sözlərinə görə, nizamnamənin bəzi elementləri təşkilatın fəaliyyət dairəsi, idarəetmə mexanizmi və BMT Nizamnaməsinin müddəalarına riayət olunması ilə bağlı suallar doğurur.

Eyni zamanda, Koşta vurğulayıb ki, Aİ Qəzza zolağında sülh planını həyata keçirmək üçün ABŞ və “Sülh Şurası” ilə əməkdaşlığa hazırdır.

Xatırladaq ki, nizamnamənin imzalanma mərasimi yanvarın 22-də İsveçrənin Davos şəhərində baş tutub. Sənədi Azərbaycan, ABŞ, Argentina, Türkiyə, Qazaxıstan, Monqolustan, Qətər, Kosovo, Macarıstan, Ermənistan, Özbəkistan, Paraqvay, İordaniya, Səudiyyə Ərəbistanı, Bolqarıstan, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan və İndoneziya da daxil olmaqla 18 ölkənin nümayəndələri dəstəkləyib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər