Astronomlardan xəbərdarlıq: Güclü partlayışlar Yerə tərəf yönəlir

Dünya

12.01.2026 12:42

Günəşdə güclü alovlanmaların baş verdiyi əsas aktiv mərkəz tezliklə Yer kürəsinə baxan tərəfində peyda olacaq. 

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat verib.

Alimlərin fikrincə, son dörd gün ərzində Günəşin görünməyən tərəfində aktiv bir bölgə müşahidə olunub. Orada ən azı iki çox güclü partlayış baş verib. Mütəxəssislər dəqiqləşdiriblər ki, yaxın iki gün ərzində həmin zona Yerdən görünməyə başlayacaq və bundan sonra orada gedən prosesləri ətraflı qiymətləndirmək mümkün olacaq.

Laboratoriya vurğulayıb ki, hazırda qeydə alınan partlayışların Yerə hər hansı təsiri tamamilə istisnadır.

Aysel Mətləb

TodayPress TV

tag: Astronom, Yer, Tədqiqatçılar, Kosmik, Todaypress.tv,