Argentina Malvina adalarının suverenliyi ilə bağlı çağırış etdi

Argentina Malvina adalarının suverenliyi ilə bağlı çağırış etdi
27.05.2025 10:00 Dünya

Argentina, Malvina (Folklend) adalarının suverenliyi ilə bağlı Londona danışıqları bərpa etməyə çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə Argentina Xarici İşlər Nazirliyinin rəsmi saytında yayımlanan bəyanatda bildirilir.

"Argentina Böyük Britaniya ilə Mavrikiy arasında Çaqos arxipelaqı üzrə sazişi alqışlayır. Bu kontekstdə Böyük Britaniyanı Malvina adaları üzərində suverenlik məsələsində danışıqlara yenidən başlamağa çağırırıq", – deyə bəyanatda qeyd olunur.

Xarici İşlər Nazirliyi əlavə edib ki, Malvina adaları və ona bitişik dəniz məkanları üzərində suverenliyin bərpası Argentinanın xarici siyasətinin dəyişməz və əsas hədəflərindən biridir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər