“Apple” qatlanan smartfon üzərində işləyir
“Apple” üfüqi qatlanan dizayna malik “iPhone” modeli hazırladığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “MacRumors” məlumat yayıb.
Məlumata görə, cihaz “Samsung Galaxy Z Flip 7” və müasir “Motorola Razr” modelləri ilə rəqabət apara bilər.
Bildirilir ki, şirkət paralel olaraq kitab kimi qatlanan başqa bir “iPhone” üzərində də işləyir və həmin modelin 2026-cı ildə təqdim olunacağı ehtimal edilir.
Aysel Mətləb