Antalyada meşə yanğını: Havadan və qurudan müdaxilə edilir
Antalyanın Serik rayonunda meşə yanğını baş verib.
TodayPress TV xəbər verir ki, əraziyə 5 təyyarə, 15 helikopter, 75 yanğınsöndürmə maşını, 3 xüsusi texnika və 450 nəfərlik heyətlə havadan və qurudan müdaxilə edilir.
Briqadalar yanğını nəzarət altına almaq üçün işlərini davam etdirirlər.
Yanğının səbəbi hələlik məlum deyil.
Aysel Mətləb