Anomal istilər hərbi ərazidə YANĞINA səbəb oldu

Anomal istilər hərbi ərazidə YANĞINA səbəb oldu
09.08.2026 03:50 Dünya

Slovakiyanın qərbindəki Senitsa şəhəri yaxınlığında yerləşən Zaqorye hərbi poliqonunun ərazisində yanğın baş verib.

TodayPress TV xəbər verir ki, yanğın "Sahara Slovakia 2026" hərbi tədbiri başa çatdıqdan sonra baş verib.

Qeyd olunub ki, yanğının söndürülməsinə 100-ə yaxın yanğınsöndürən və 20-dən çox xüsusi texnika, o cümlədən helikopterlər cəlb edilib. Slovakiya Müdafiə Nazirliyi də yanğınsöndürənlərə kömək üçün hərbi qulluqçular və əlavə "Black Hawk" helikopterləri göndərib.

Xilasedicilərin əsas vəzifəsi alovun yayılmasının qarşısını almaq olub. Yanğının səbəbləri hələlik məlum deyil.

Slovakiya KİV-lərinin məlumatına görə, səbəb anomal isti hava və uzun müddət yağıntıların olmaması fonunda bitki örtüyünün öz-özünə alışması ola bilər.

Daha sonra Slovakiya Müdafiə Nazirliyinin mətbuat katibi Mixal Baxratı yanğının nəzarət altına alındığını bildirib. Yanğınsöndürənlər üç yanğın ocağını lokallaşdırıblar.

TodayPress TV

XƏBƏR LENTİ
09 AVQUST 2026
Bütün Xəbərlər