Andrey Yermak istefa verdi
Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın istefa üçün müraciət etdiyini bildirib.
TodayPress TV "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının videomüraciətində qeyd olunub.
"Prezident Administrasiyasının rəhbəri Andrey Yermak istefa ərizəsi yazıb", – Zelenski bildirib.