Üç uşağını öldürdüyünü etiraf etdi, amma məhkəmə hökm çıxara bilmədi
ABŞ-də üç övladını öldürməkdə təqsirləndirilən Lindsi Klensinin işi üzrə məhkəmə prosesi münsiflər heyətinin yekdil qərara gələ bilməməsi səbəbindən nəticəsiz başa çatıb.
TodayPress TV xəbər verir ki, münsiflər yeddi gün davam edən müzakirələrdən sonra da ortaq qərara gələ bilməyiblər. Nəticədə məhkəmə prosesi etibarsız elan edilib.
36 yaşlı Klensi 2023-cü ildə üç uşağını boğaraq öldürdüyünü etiraf edir, lakin həmin vaxt doğuşdan sonra yaranan psixoz vəziyyətində olduğunu və əməllərinə tam nəzarət edə bilmədiyini bildirir. Prokurorluq isə onun hərəkətlərini dərk etdiyini və cinayəti bilərəkdən törətdiyini iddia edir.
Keçmiş tibb bacısı hazırda psixiatrik xəstəxanada saxlanılır.
İş üzrə növbəti dinləmə sentyabrın 29-da keçiriləcək. Müdafiə tərəfi ittihamların ləğvini tələb edə, prokurorluq isə yeni məhkəmə prosesinin keçirilməsinə qərar verə bilər. İş üzrə razılaşma və ya ittihamların dayandırılması da mümkün variantlar arasındadır.
Kübra Musayeva