Amerika təzə tabutlar sifariş etdi: İranda çox danışanlar siyahı üzrə vurulacaq
ABŞ-nin İranda mümkün yeni hədəf siyahısı hazırladığı bildirilir.
TodayPress TV xəbər verir ki, mediaya sızan məlumatlara görə, İranda, başda rəhbərlər olmaqla, hərbi rəsmilərin tez-tez mətbuata müsahibələr verərək daha aqressiv və ABŞ-ni təhqir edən bəyanatlar səsləndirməsi səbəbilə, İsrail və ABŞ-nin İranı növbəti dəfə vurması fikri getdikcə daha çox dəstəklənir.
Bu ikinci hərbi əməliyyatda tez-tez ABŞ əleyhinə çıxış edən şəxslərin hədəf alınaraq İrana ciddi bir dərs verilməsi və dünya ictimaiyyətinə bu əməliyyatın gücünün nümayiş etdirilməsi ideyasının gündəmə gətirir.
Bu məqsədlə İran daxilində kəşfiyyat fəaliyyətlərinin artırıldığı və tez-tez bəyanat verən rəsmilərin rəqəmsal olaraq izlənildiyi qeyd edilir.
Jalə Rövşən