Altun: “Anti-İslam siyasəti yeni qlobal irqçiliyə çevrilib”
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bildirib ki, İslamofobiya bu gün dünyada sürətlə yüksələn yeni irqçilik formasıdır.
TodayPress TV xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, bu tendensiya İslamı fanatizm, geridəqalmışlıqla əlaqələndirərək stereotiplər yaradır və müsəlmanları cəmiyyətdən təcrid edir.
Töhfə Səməd