Altayda təyyarə gölə düşdü

Altayda təyyarə gölə düşdü
20.07.2025 15:20 Dünya

Altay Respublikasının Turoçak rayonunda yüngülmühərrikli təyyarə Teletskoye gölünə düşərək batıb. 

TodayPress TV xəbər verir ki, Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.

Hadisə 20 iyul saat 14:00 radələrində (Bakı vaxtı ilə 11:00) baş verib.

İlkin məlumata görə, pilot idarəetməni itirib və nəticədə təyyarə suya düşüb. Təyyarədə olan iki nəfər xəsarət alıb və hazırda tibbi yardım alırlar.

Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 263-cü maddəsi (hava gəmisinin istismarı qaydalarının pozulması) üzrə cinayət işi başlanıb.

Hazırda ekspertlər hadisənin səbəblərini araşdırır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər