Almaniyadan Trampın Qrenlandiya planına reaksiya

Almaniyadan Trampın Qrenlandiya planına reaksiya
13.01.2026 11:15 Dünya

Almaniyalı siyasətçi Yohann Vadeful ABŞ-nin Qrenlandiyaya qarşı hərbi güc tətbiq etməyə hazır olması ilə bağlı şübhələrini dilə gətirib. 

TodayPress TV xəbər verir ki, bu barədə o, ABŞ Dövlət katibi Marko Rubio ilə görüşdən sonra jurnalistlərə açıqlama verib.

"Məndə bu məsələnin ciddi şəkildə nəzərdən keçirildiyinə dair heç bir əsas yoxdur", - deyə Vadeful bildirib.

O əlavə edib ki, ABŞ və Almaniyanın Arktikada təhlükəsizliyin təmin edilməsində ortaq maraqları var və tərəflər bu fəaliyyəti NATO çərçivəsində davam etdirəcəklər.

Xatırladaq ki, daha əvvəl ABŞ Konqresinə "Qrenlandiyanı ilhaq etmək və dövlətçilik statusu vermək" haqqında qanun layihəsi təqdim edilmişdi.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər