Almaniyada maşını piyadaların üstünə sürdü, yaralananlar var
Almaniyada 74 yaşlı sürücü avtomobili bir qrup insanın üzərinə sürüb.
TodayPress TV xəbər verir ki, hadisə nəticəsində ikisi ağır olmaqla beş nəfər xəsarət alıb.
Polisin məlumatında hadisənin sürücünün avtomobili park yerindən çıxararkən idarəetməni itirməsi nəticəsində baş verdiyi bildirilib.
Hazırda hadisənin səbəbləri araşdırılır.
Aynur TAC