Almaniyada "Lufthansa" pilotları yenidən tətilə başladı

Dünya

13.04.2026 16:22

Almaniyada 13 apreldə "Lufthansa" pilotlarının növbəti tətili başlayıb.

TodayPress TV xəbər verir ki, bu, aviaşirkətdə bu il artıq dördüncü əmək mübahisəsidir.

"Vereinigung Cockpit" həmkarlar ittifaqı pilotların 14 aprelə qədər iş dayandıracağını açıqlayıb. Tətil "Lufthansa" ilə yanaşı, "Lufthansa Cargo" və "Cityline" şirkətlərinə də təsir edir.

Əsasən Frankfurt və Münhen hava limanlarında hər gün yüzlərlə reysin ləğv ediləcəyi gözlənilir.

Münaqişə şirkətin pensiya planı və "Cityline"da əməkhaqqı şərtləri ilə bağlı fikir ayrılıqlarından yaranıb. Bu, pensiya məsələsi üzrə bu il üçüncü gərginlikdir.

Bundan əvvəl stüardessaların tətilləri də çoxsaylı uçuşların ləğvinə səbəb olub.

Türkan İsgəndərli

TodayPress TV

tag: Almaniya,Lufthansa,Tətil,Pilot,Todaypress.tv,