Almaniyada kütləvi deportasiyalar başladı

Almaniyada kütləvi deportasiyalar başladı
18.07.2025 11:44 Dünya

Almaniya 81 əfqanıstanlı cinayətkarı ölkədən deportasiya edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bu, Almaniyanın cinayət törətmiş əfqanıstanlıları ölkədən çıxardığı ikinci haldır.

Daxili işlər naziri Aleksandr Dobrindt bildirib ki, deportasiya edilən şəxsləri daşıyan təyyarə bu gün səhər havaya qalxıb. Onun sözlərinə görə, təyyarədəki bütün şəxslər məhkəmə tərəfindən cinayətdə təqsirli bilinərək deportasiya qərarı çıxarılmış şəxslərdir.

Qeyd edək ki, Almaniya əvvəllər Əfqanıstana deportasiyaları dayandırmışdı. Lakin bu proses ötən yaydan yenidən bərpa olunub.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər