Almaniyada bəzi ölkə vətəndaşlarına muzeyə giriş qadağan edildi
Dünya
13.04.2026 19:15
Almaniyanın Koblenz şəhərində yerləşən hərbi texnika muzeyi bəzi ölkə vətəndaşlarının girişini qadağan edib.
TodayPress TV xəbər verir ki, bu barədə muzeyin rəsmi saytında məlumat yerləşdirilib.
Məlumata görə, qərar hərbi təhlükəsizlik tələbləri ilə əlaqədardır və siyahıya daxil olan ölkələrin vətəndaşlarına ekspozisiyaya giriş müvəqqəti olaraq qapadılıb.
Bildirilir ki, qadağa 26 ölkəni əhatə edir və bu siyahıya Rusiya, Ukrayna, Belarus, Çin, İran, Gürcüstan və digər ölkələr daxildir:
“Giriş etibarlılığın yoxlanılması haqqında qanunun müvafiq maddəsinə əsasən məhdudlaşdırılıb”.
Qeyd olunur ki, söhbət Koblenzdə yerləşən "Wehrtechnische Studiensammlung" (WTS) muzeyindən gedir. Bu, Avropanın ən böyük silah kolleksiyalarından biridir.
Muzeyin ekspozisiyası 5 mərtəbə və geniş hangarı əhatə edir, ümumilikdə isə 30 mindən çox eksponat nümayiş olunur.
Qiymət Mahir
tag: Almaniya,Koblenz,Muzey,Qadağa,TodayPress TV,
