Almaniya və Hindistan müdafiə əməkdaşlığını genişləndirir
Dünya
12.01.2026 18:03
Almaniya və Hindistan əməkdaşlığı geniş sahələr üzrə dərinləşdirmək niyyətindədir.
TodayPress TV xəbər verir ki, bu barədə "DW" məlumat yayıb.
Məlumata görə, yanvarın 12-də Hindistanın Əhmədabad şəhərində Almaniya kansleri Fridrix Merts və Hindistanın Baş naziri Narendra Modinin iştirakı ilə ümumilikdə 27 saziş və niyyət bəyannaməsi imzalanıb və elan edilib.
Sənədlər hərbi sahədə əməkdaşlıq, nadir torpaq elementlərinin hasilatı, gənclər xokkeyinin dəstəklənməsi, həmçinin Almaniya səhiyyə sisteminə ixtisaslı kadrların cəlb olunması da daxil olmaqla geniş istiqamətləri əhatə edir.
Xüsusilə, iki ölkənin müdafiə nazirlikləri müdafiə sektorları arasında əməkdaşlığın genişləndirilməsi barədə bəyannamə imzalayıblar. "Airbus Defence" artıq Hindistan bazarında fəaliyyət göstərir. "Thyssenkrupp" şirkətinin silah bölməsi TKMS isə martın sonuna qədər Hindistanda altı sualtı qayıq üçün sifariş almağı, əlavə üçü üçün isə seçim hüququ əldə etməyi planlaşdırır.
Qeyd olunur ki, hazırda Hindistan silah tədarükündə böyük ölçüdə Rusiyadan asılıdır.
Türkan İsgəndərli
tag: Almaniya,Hindistan,Əməkdaşlıq,Sənəd,Todaypress.tv,
