"Akkuyu" AES-in I enerji bloku yaxın zamanlarda işə salınacaq

"Akkuyu" AES-in I enerji bloku yaxın zamanlarda işə salınacaq
28.06.2025 17:10 Dünya

Türkiyədəki "Akkuyu" Atom Elektrik Stansiyasının (AES) I enerji bloku bir il ərzində istismara verilə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak "Anadolu" agentliyinə müsahibəsində məlumat verib.

O əlavə edib ki, hazırda Türkiyədə daha bir AES-in tikilməsinin iqtisadi məqsədəuyğunluğu öyrənilir.

"Rosatom" Türkiyənin ilk AES-i olan "Akkuyu"nun tikintisini Mersin vilayətində aparır. Stansiya hər biri 1 200 MVt gücündə olan dörd enerji blokundan ibarət olacaq.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər