"Akkuyu" AES-də elektrik istehsalına başlanılır

"Akkuyu" AES-də elektrik istehsalına başlanılır
05.08.2026 03:50 Dünya

Türkiyədə "Akkuyu" atom elektrik stansiyasının birinci reaktorunda sınaq işləri aparılır, ilin sonunadək isə elektrik enerjisinin istehsalına başlamaq planlaşdırılır.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

"Beynəlxalq təcrübəyə əsasən, iki minə yaxın tapşırıq icra olunur. Hazırda bu sınaq tapşırıqlarının 15-20%-i yerinə yetirilib. Planlarımıza görə, ilin sonunadək elektrik enerjisinin istehsalı başlanmalıdır", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Türkiyənin ilk atom elektrik stansiyası olan "Akkuyu" hazırda Rusiyanın iştirakı ilə tikilir və hər birinin gücü 1 200 МVt olan dörd enerji blokundan ibarətdir.

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər