Aİ üçün çətin mərhələ başlayır: 2 trilyonluq büdcə təsdiqlənəcək?

Aİ üçün çətin mərhələ başlayır: 2 trilyonluq büdcə təsdiqlənəcək?
18.07.2025 09:37 Dünya

Avropa İttifaqının (Aİ) Avropa məsələləri üzrə nazirləri bu gün qurumun növbəti uzunmüddətli büdcəsinə dair ilkin müzakirələrə başlayıblar.

TodayPress TV xəbər verir ki, bu barədə "Yle" məlumat yayıb.

Avropa Komissiyası iyulun 16-da 2028-2034-cü illəri əhatə edən çoxillik maliyyə çərçivəsinə dair təklifini təqdim edib. Təklif olunan büdcənin həcmi təxminən 2 trilyon avro təşkil edir.

Yeni büdcənin qüvvəyə minməsi üçün həm üzv dövlətlər, həm də Avropa Parlamenti tərəfindən təsdiqlənməsi tələb olunur. Bu baxımdan çətin keçəcəyi gözlənilən danışıqlara iki illik vaxt ayrılıb.

Finlandiya və Almaniya kimi bəzi ölkələr büdcənin həcminin həddindən artıq böyük olduğunu bildiriblər.

Töhfə Səməd

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər