Aİ Trampa sərt cavab verməyə hazırlaşır
Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampın addımlarına görə qəti tədbirlər görməyə çağırıb. Avropa rəsmiləri hesab edirlər ki, Trampın siyasəti Aİ ölkələrinin iqlim danışıqlarındakı mövqelərini zəiflədir.
TodayPress TV xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Bildirilib ki, Avropa nümayəndələri Belen şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransında Trampa “qəti cavab” verilməsinin vacibliyini bildiriblər.
“Amerikalılar artıq zəngin ölkələrin danışıqlardakı mövqeyini müdafiə edə bilmir, bu isə Aİ-ni çətin vəziyyətə salır”, - deyə nəşr yazıb.
Aysel Mətləb