Aİ “Şimal axını-2”yə qarşı yeni sanksiyalar hazırlayır

Aİ “Şimal axını-2”yə qarşı yeni sanksiyalar hazırlayır
23.05.2025 10:37 Dünya

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketinə “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərinə dair məhdudiyyətləri də daxil etməyə hazırlaşır. Bu tədbirlər ilk növbədə “Şimal axını-2” layihəsinin operatoru olan “Nord Stream 2 AG” şirkətinə qarşı yönələcək.

TodayPress TV xəbər verir ki, bu barədə “The Financial Times” məsələ ilə tanış mənbələrə istinadla yazıb.

Yeni sanksiyaların həmçinin qaz kəmərinin yenidən işə salınması və istismarı üçün vacib olan Rusiya və xarici tərəfdaş şirkətlərə də şamil ediləcəyi gözlənilir.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər