Aİ Rusiyaya qarşı sanksiyaları yumşaldacaq

Aİ Rusiyaya qarşı sanksiyaları yumşaldacaq
16.08.2025 16:45 Dünya

Avropa İttifaqı (Aİ) Ukraynada mümkün atəşkəsə cavab olaraq Rusiyaya qarşı tətbiq olunan sanksiyaların yumşaldılmasını müzakirə etməyə başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Bildirilir ki, Brüsseldə avropalı yüksək rütbəli diplomatlar bu addımın əvəzində Rusiyaya hansı təkliflərin verilə biləcəyini nəzərdən keçirirlər. Hələlik sanksiyaların nə qədər və hansı müddətə yumşaldıla biləcəyi ilə bağlı yekun qərar verilməyib.

Məlumata görə, əsas şərt Rusiyanın Ukraynada müəyyən zaman çərçivəsində atəşkəsə razı olmasıdır. 

Qeyd edək ki, avqustun 15-də Tramp və Putin Alyaskada dar tərkibdə görüş keçiriblər. 

Türkan İsgəndərli

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər