Aİ Rusiyanın nümayəndəsini Kiyevə hücuma görə çağırdı
Avropa İttifaqı (Aİ) Rusiya Silahlı Qüvvələrinin Kiyevə gecə saatlarında endirdiyi zərbələrdən sonra Rusiyanın Aİ-dəki daimi nümayəndəsi Karen Malayanı çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas “X” sosial şəbəkəsində məlumat yayıb.
O qeyd edib:
“Elə indicə Kiyevdəki həmkarlarımla danışdım. Bizim binamız Rusiyanın hücumu nəticəsində zədələnib. Buna cavab olaraq Brüsseldə Rusiya nümayəndəsini çağırırıq”.
Qiymət Mahir