Aİ Rusiyanın enerji gəlirlərini azaltmaq üçün yeni sanksiyalar hazırlayır

Aİ Rusiyanın enerji gəlirlərini azaltmaq üçün yeni sanksiyalar hazırlayır
27.01.2026 05:45 Dünya

Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini hazırlayır.

TodayPress TV "RBK-Ukraine"-ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadefull mətbuat konfransında bildirib.

Məlumata görə, yeni məhdudiyyətlərin məqsədi Rusiyanın enerji gəlirlərini azaltmaq, “kölgə donanması”nı zərərsizləşdirmək və sanksiyalardan yayınma mexanizmlərini bloklamaqdır.

Nazir deyib ki, sanksiyalar Rusiyanın dənizdə, havada və kiberməkanda özünü göstərən hibrid təhdidlərinə qarşı yönələcək və Avropanın kritik infrastrukturunun qorunmasını gücləndirməlidir.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər