Aİ ölkələri ukraynalıları geri göndərməyə başladı
Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna vətəndaşlarını məcburi şəkildə geri qaytarmağa başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın “İnsayder” nəşri Dövlət Miqrasiya Xidmətinin rəhbəri Natalya Naumenkoya istinadən məlumat yayıb.
Bildirilib ki, ən çox geri qaytarılan şəxslər üç kateqoriyaya bölünür. Bunlar sərhədi qanunsuz keçənlər, Avropa İttifaqında qanuni qalmaq üçün sənədlərini rəsmiləşdirməyən və ya müddətini uzatmayanlar, həmçinin Aİ ölkələrində hüquq pozuntusu törədən Ukrayna vətəndaşlarıdır.
Naumenkonun sözlərinə görə, Aİ ölkələrindən Ukrayna vətəndaşlarının deportasiyası ilə bağlı müraciətlərin sayı ciddi şəkildə artır. O qeyd edib ki, Kiyev hakimiyyəti Avropa İttifaqının Ukrayna vətəndaşlarının gələcək qaytarılması ilə bağlı hansı ümumi qərarı qəbul edəcəyini hələ bilmir.
Aysel Mətləb