Aİ-nin toyuqları Rusiyaya gedə bilmədi

Aİ-nin toyuqları Rusiyaya gedə bilmədi
04.08.2026 18:10 Dünya

Avqustun 5-dən etibarən Rusiyanın Kənd Təsərrüfatı Nəzarəti Federal Xidməti (Rosselxoznadzor) Avropa İttifaqından quş əti və quş əti məhsullarının Rusiya ərazisindən tranzitinə müvəqqəti məhdudiyyətlər tətbiq edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya qurumu məlumat yayıb.

Bildirilib ki, qərar heyvan xəstəliklərinin yayılmasının qarşısının alınması və istehlakçıların qorunması məqsədilə qəbul edilib.

Məhdudiyyətlərin tətbiqinə səbəb kimi, həmçinin Polşa ərazisindən Almaniya mənşəli olduğu iddia edilən quş əti məhsullarının qanunsuz daşınmasının aşkarlanması göstərilib.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər