Aİ Belçikanın Rusiya aktivlərindən faydalandığından şübhələnir
Dünya
28.11.2025 10:51
Bəzi Avropa İttifaqı (Aİ) ölkələri Belçikanın dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirləri öz xeyrinə istifadə edib-etməməsindən və onların Ukraynaya transferini gecikdirməsindən şübhələnir və araşdırmaq niyyətindədir.
TodayPress TV xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa diplomatik mənbələrinə istinadən məlumat yayıb.
Onların fikrincə, Belçika Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulması qərarını Kiyevin xeyrinə əngəlləməkdə davam edərsə, Aİ-nin digər üzv dövlətlərinin nümayəndələri dekabr sammiti öncəsi hazırlıq iclaslarında bu ehtimalı getdikcə artıracaqlar.
Onlar, həmçinin Belçika nümayəndələrindən ölkənin digərləri kimi Ukrayna üçün maliyyə mənbəyi kimi öz vergi gəlirlərindən istifadə edib-etməməsi və ya bu yardımın Rusiya aktivlərindən əldə edilən gəlirlərdən əldə edilib-edilməməsi ilə bağlı məlumat almaq niyyətindədirlər.
Aysel Mətləb
tag: Aİ,Rusiya,Belçika,Aktiv ,Todaypress.tv,
