Aİ Belarusa qarşı sanksiyalar tətbiq etdi

Aİ Belarusa qarşı sanksiyalar tətbiq etdi
23.04.2026 17:42 Dünya

Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 20-ci sanksiya paketi çərçivəsində Belarusa qarşı əlavə məhdudiyyətlər də nəzərdə tutulub.

TodayPress TV xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi bildirib.

Nazirliyin açıqlamasında qeyd olunub ki, Belarusa qarşı sanksiyalar daha da sərtləşdirilib, lakin detallı məlumatın sonradan Aİ Şurası tərəfindən açıqlanacağı bildirilib.

Yeni sanksiya paketi aprelin 23-də qəbul edilib. Qeyd olunur ki, Avropa Komissiyası bu qərarı əvvəlcə fevralın 23-də qəbul etməyi planlaşdırsa da, Macarıstan Drujba neft kəmərinin fəaliyyəti ilə bağlı məsələlərə görə prosesi müvəqqəti bloklayıb.

Bundan əvvəl, aprelin 22-də Macarıstan və Slovakiya Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq hərbi kreditə qoyduqları vetonu geri götürüblər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər