Ağ Evin saytında yerli KİV-in "şərəf" lövhəsi yaradıldı

Ağ Evin saytında yerli KİV-in "şərəf" lövhəsi yaradıldı
29.11.2025 18:45 Dünya

ABŞ prezidenti Donald Trampın administrasiyası Ağ Evin rəsmi saytında virtual rüsvayçılıq lövhəsini yaradıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.

Məlumata görə, həmin lövhəyə iddiaya görə həqiqətə uyğun olmayan xəbər materialları dərc etmiş və ya yayımlamış KİV-lərin adları qeyd olunub.

“Tramp administrasiyası feyk xəbərlərə görə indi həmişəkindən daha çox məsuliyyətə cəlb edir”, - o, “X” səhifəsində yazıb.

Rüsvayçılıq lövhəsində “The Washington Post” qəzeti, “Axios” portalı və CNN telekanalı kimi məşhur KİV-lərin adları da yer alır.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər