Ağ Evdə Təhlükəsizlik Şurası yenidən qurulur

Ağ Evdə Təhlükəsizlik Şurası yenidən qurulur
24.05.2025 09:55 Dünya

ABŞ prezidenti Donald Tramp və dövlət katibi Marko Rubio Ağ Evin Milli Təhlükəsizlik Şurasında (MTŞ) genişmiqyaslı struktur dəyişikliklərinə başlayıblar.

TodayPress TV xəbər verir ki, “Axios” nəşri Tramp və Rubionun MTŞ-ni “dərin dövlətin” bir elementi kimi gördüklərini yazıb: 

“Milli Təhlükəsizlik Şurası əsl dərin dövlətdir. Marko dərin dövlətə qarşıdır”.

Məlumata görə, MTŞ-nin mövcud tərkibi və yanaşmaları Tramp administrasiyasının mövqeyi ilə uyğun gəlmir. Bu səbəbdən, aparılan islahatlardan sonra Şuranın əsas funksiyaları ABŞ siyasətini həyata keçirməkdən çox, koordinasiya və məsləhətləşmə xarakteri daşıyacaq.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər