Ağ Ev yaxınlığında atışmada yaralanan Milli Qvardiya hərbçiləri öldü

Dünya

27.11.2025 01:39

Ağ Ev yaxınlığında baş verən atışmada xəsarət alan Milli Qvardiyasının hər iki hərbçisi ölüb.

TodayPress TV-nin məlumatına görə, bu barədə Qərbi Virciniya ştatının qubernatoru Patrik Morrissi "X"də yazıb.

"Qərbi Virciniyanın bu cəsur sakinləri ölkələrini müdafiə edərkən canlarını verdilər. İstintaq davam etdiyi müddətdə federal hakimiyyət orqanları ilə əlaqə saxlayırıq. Bütün ştatımız onların ailələri, yaxınları və bütün qvardiya heyəti ilə birlikdə kədərlənir. Qərbi Virciniya onların xidmətini və fədakarlığını heç vaxt unutmayacaq və bu dəhşətli hərəkətə görə tam məsuliyyət tələb edəcəyik", - o yazıb

***

ABŞ-də Ağ Evin yaxınlığında iki hərbi qulluqçu atəşə tutulub.

TodayPress TV-nin xəbərinə görə, bu barədə "ABC News" məlumat yayıb.

Atışma nəticəsində iki hərbiçi yaralanıb.

Bildirilib ki, hadisə şəhərin 17-ci və 1-ci küçələrinin kəsişməsində olub.

Aynur TAC

TodayPress TV

tag: ABŞ, Vaşunqton, Ağ Ev, Atışma, todaypress.tv,