Ağ Ev: Tramp İranla atəşkəs rejiminin başa çatması üçün dəqiq müddət təyin etməyib

Ağ Ev: Tramp İranla atəşkəs rejiminin başa çatması üçün dəqiq müddət təyin etməyib
23.04.2026 00:05 Dünya

ABŞ Prezidenti Donald Tramp saziş üzrə təklifin təqdim edilməsi və atəşkəs rejiminin başa çatması üçün İran tərəfinə qarşı hər hansı zaman çərçivəsi müəyyən etməyib.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalistlərlə ünsiyyət zamanı Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

"Prezident, bu gün gördüyüm bəzi xəbərlərə baxmayaraq, İrandan təklif almaq üçün sərt vaxt məhdudiyyəti qoymayıb. Yekun nəticədə müddət baş komandan – Birləşmiş Ştatların Prezidenti tərəfindən müəyyən ediləcək", - deyə o, müvafiq suala cavabında bildirib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər