Ağ Ev: "Tramp İrana qarşı hava zərbələrini istisna etmir"
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hava zərbələrini nəzərdən keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlərə açıqlamasında bildirib.
“Prezident Trampın çox yaxşı bacardığı məqamlardan biri bütün variantları daim masada saxlamaqdır. Hava zərbələri Ali baş komandanın ixtiyarında olan çoxsaylı variantlardan yalnız biri ola bilər”, - Ağ Ev rəsmisi qeyd edib.
Aynur TAC