Ağ Ev lideri Putinlə görüşündən danışdı
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışığını “çox yaxşı söhbət” kimi qiymətləndirib.
TodayPress TV xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, o, Putinə zəng edərək ABŞ-də Ukrayna Prezidenti Volodimir Zelenski, həmçinin Avropa İttifaqı və NATO liderləri ilə keçirilən görüşün nəticələrini müzakirə edib:
“Mən Rusiya prezidentinə zəng etdim və onunla çox yaxşı söhbət apardım”.
Qiymət Mahir